Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənnindən ilk imtahanı mayın 22-də verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənnindən ilk imtahanı mayın 22-də verəcəklər
# 16 may 2011 07:56 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanda rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan mayın 22-də Bakıda və digər bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız Bakı şəhərində keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 22-də keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrini mayın 16-dan gec olmayaraq müvafiq Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər.

“Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün abituriyentlər müəyyən olunacaq tarixlərdə iş nömrəsindən və şifrdən istifadə etməklə “İmtahana buraxılış vərəqəsi” çap edib götürə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR