Bakıda məşğulluq və əmək sahəsində ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda seminar keçirilir

Bakıda məşğulluq və əmək sahəsində ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda seminar keçirilir
# 18 may 2011 10:23 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatının (BƏT) iş yerində əsas prinsiplər və hüquqlar haqqında Bəyannaməsinin Təşviqi üzrə Proqramı və Gender üzrə Bürosu ilə əməkdaşlıqda məşğulluq və əmək sahəsində ayrı-seçkiliyə qarşı mübarizə üzrə planın hazırlanmasına həsr olunmuş seminar işə başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbir ƏƏSMN, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisi tərəfindən təşkil olunub.

ƏƏSMN, Beynəlxalq Əmək Təşkilatı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası və digər müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi BƏT-in tərəfdaşları üçün iş yerində ayrı-seçkiliyə qarşı davranış prinsipinin səmərəli icrasına kömək edəcək müvafiq fəaliyyət planının hazırlanmasıdır.

İki gün davam edəcək üçtərəfli seminar çərçivəsində işdə bərabərlik, uzun müddətli çətinlik, milli qanunvericilikdə əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməzlik prinsipləri və mövcud vəziyyət, Azərbaycanda təhsildən layiqli əməyə keçidin gender aspekti və s. mövzular müzakirə olunacaq, ölkəyə aid nümunələr təhlil ediləcək.

Tədbirin sonunda seminarın icmal hesabatının hazırlanması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR