Azərbaycan prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 20 may 2011 16:51 (UTC +04:00)
APA-nın məlumatına görə, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan AMEA-ya 5,0 (beş) milyon manat, o cümlədən Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün 2,0 (iki) milyon manat, “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri üçün onların hər birinə 1,0 (bir) milyon manat vəsait ayırıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR