Masallıda ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib

Masallıda ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib
# 25 may 2011 08:04 (UTC +04:00)
Bakı-APA. Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində palıd ağaclarında aşkarlanmış ziyanverici həşəratlara qarşı zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssislərindən ibarət qrup əraziyə baxış keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı ziyanverici həşəratların Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi olan “dəyişik ipəksarıyan” olduğu müəyyənləşdirilib. Qeyd olunub ki, sözügedən ziyanvericinin tırtılları, əsasən, aprel ayının 20-dən sonra yumurtadan çıxaraq meşə sahəsinə yayılmağa başlayır. Belə ki, həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır və meşələrə sürətlə yayılır.
ETSN-nin mütəxəssisləri zəruri tədbirlər həyata keçirərək, xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilərin yayıldığı ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçiriblər.
Ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Hazırda ərazi nəzarət altındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR