AMEA Tarix İnstitutu yeni Azərbaycan tarixi kitabı hazırlayır

AMEA Tarix İnstitutu yeni Azərbaycan tarixi kitabı hazırlayır
# 25 may 2011 09:43 (UTC +04:00)
APA-nın məlumatına bu barədə bunu jurnalistlərə açıqlamasında institutunun direktoru Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tarixinin yenidən hazırlanmasına çox böyük ehtiyac var: “Vaxtilə çapdan çıxan 3 cildlik və 7 cildlik “Azərbaycan tarixi”ndə bir sıra nöqsanlar, yuxarından olan diktələr, elmin o vaxtı vəziyyəti ilə bağlı çox ciddi qüsurlar var. İrəvanın, Dərbəndin tarixi Azərbaycan tarixinə düşməyib, Borçalının, Cənubi Azərbaycanın tarixi lazımınca tədqiq olunmayıb. Bir sıra dövlətlərimizin tarixinə düzgün qiymət verilməyib. Ona görə də, Prezident Administrasiyası tərəfindən 3 cildlik Azərbaycan tarixinin yeni səpkidə hazırlanması barədə göstəriş verilib. Artıq bununla bağlı konsepsiya hazırlanıb, yaxın 5-6 ay ərzində cildlərin hazırlanmasına başlanılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR