Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji qazıntılar aparmaq üçün müraciət olunacaq

Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji qazıntılar aparmaq üçün müraciət olunacaq
# 25 may 2011 11:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji qazıntılar aparmaq üçün müraciət edəcək. APA-nın məlumatına görə, bu barədə institutun direktoru Maisə Rəhimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Xəzər dənizində kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb: “Bu il sualtı ekspedisiyanın təşkili nəzərdə tutulmasa da, yenə də kəşfiyyat xarakterli işlər davam edəcək. Xəzərdə sualtı ekspedisiyanın təşkili üçün mütəxəssis hazırlığı və texniki avadanlıqlar lazımdır. Bunlar isə külli miqdarda vəsait tələb edir. Amma bu, institutun planında var”.

M. Rəhimova deyib ki, Xəzər dənizindən arxeologiya baxımından gözləntilər çoxdur: “Azərbaycan böyük bir xəzinədir. Sözsüz ki, sualtında da çoxlu maddi-mədəniyyət nümunələri var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR