Millət vəkilləri 28 May Respublika günü münasibəti ilə Tovuzda yerləşən hərbi hissədə olublar

Millət vəkilləri 28 May Respublika günü münasibəti ilə Tovuzda yerləşən hərbi hissədə olublar
# 26 may 2011 08:24 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov - APA. Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə bir qrup millət vəkili 28 May Respublika Günü münasibəti ilə Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən hərbi hissədə əsgərlər və zabitlərlə görüşüblər. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı və Sahib Alıyev hərbiçilər qarşısında çıxış edərək xidmətlərində nümunəvi olmağı, Azərbaycanın qəhrəman oğul və qızlarını özlərinə nümunə götürərək onlara bənzəməyi tövsiyə ediblər. Q. Paşayeva qeyd edib ki, bu bayram günlərində sərhəddə, səngərlərdə xidmət edən hərbiçilərin yanında olmağı Özlərinə borc bilirlər. Millət vəkilləri xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Tədbir konsert proqramı ilə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR