Azərbaycanda 55 hektar ərazisi olan yeni zoopark tikiləcək

Azərbaycanda 55 hektar ərazisi olan yeni zoopark tikiləcək
# 27 may 2011 09:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu haqda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov YAP qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə 55 hektar ərazi və dövlət tərəfindən 2,8 milyon manat vəsait ayrılıb. Tikinti işlərini Almaniya və Türkiyənin birgə müəssisəsi həyata keçirəcək: “Həmin müəssisə 1 il əvvəl tenderdə qalib. Artıq ilkin layihəni ortaya qoyublar”.

Nazir bildirib ki, zooparkın yaradılması üçün dünyanın 70-dən artıq ölkəsindən mütəxəssislər cəlb olunub: ”Zooparkda qəfəs sistemi olmayacaq. Divarlar təbii landşaftlardan ibarət olacaq”. H. Bağırov artıq əsas binaların yerləşdirilməsi planının da hazır olduğunu söyləyib. Onun dediyinə görə, ərazidə ekoloji turizmin inkişaf etdirilməsi üçün imkanlar olacaq.

H. Bağırov zooparkın dünyaya “Azərbaycan təbiət dünyası” adı ilə təqdim olunacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR