Rusiya ali məktəblərinə daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Rusiya ali məktəblərinə daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 27 may 2011 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rusiya Federasiyasının ali məktəblərinin bakalavriaturasına 29 nəfər, magistraturasına 2 nəfər, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna isə 3 nəfər Azərbaycan vətəndaşı daxil olub. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya ali məktəblərinə I ixtisas qrupu üzrə 10, II ixtisas qrupu üzrə 1, III ixtisas qrupu üzrə 2, IV ixtisas qrupu üzrə 1 yer boş qalıb: “Boş qalan yerlər Rusiyadakı Azərbaycan diasporuna veriləcək. Rusiyadakı Azərbaycan vətəndaşları üçün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birlikdə imtahan keçiriləcək. Hələlik imtahanın keçiriləcəyi vaxt müəyyənləşməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR