Ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

Ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
# 27 may 2011 11:49 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün Təhsil Nazirliyində ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu haqda APA-ya nazirliyin mətbuat xidmətindən bildirilib. Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov çıxış edərək qaliblərə təbriklərini çatdırıblar. Müsabiqədə I, II və III yerlərə layiq görülmüş tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən bu ilin aprelində keçirilmiş ali məktəb tələbələri arasında Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii-yaradıcılıq festivalına özfəaliyyət kollektivləri və tək ifaçılar qatılıblar. Müsabiqə gənclərin vətənpərvərlik ruhunu yüksəltmək, milli irsə bağlılığını artırmaq, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq məqsədi daşıyıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR