Azərbaycan Efiopiyada keçiriləcək beynəlxalq foruma dəvət alıb

Azərbaycan Efiopiyada keçiriləcək beynəlxalq foruma dəvət alıb
# 27 may 2011 14:30 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri Dünya Bankının təşkil etdiyi “Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması” mövzusunda keçiriləcək beynəlxalq foruma məruzəçi qismində dəvət olunublar.

ƏƏCMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, forum mayın 30-dan iyunun 3-dək Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçiriləcək. Forumun əsas məqsədi qabaqcıl ölkələrin təcrübələrinin paylaşılması və digər ölkələrdən həmkar nümayəndələrlə məlumat mübadiləsinin həyata keçirilməsidir.

“Ünvanlı sosial yardım - Azərbaycanda sosial təhlükəsizlik şəbəkəsinin inkişaf etdirilməsində səmərəli alət” mövzusunda məruzə ilə çıxış edəcək Azərbaycan nümayəndə heyəti respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, yoxsulluğun azaldılması istiqamətində atılan addımlar, əldə edilmiş nəticələr, ünvanlı sosial yardım proqramı və gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan digər aktiv sosial proqramlar haqqında məlumat verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR