Azərbaycan Dillər Universitetində “Siqaretə yox deyirik ” adlı aksiya keçirilib

Azərbaycan Dillər Universitetində “Siqaretə yox deyirik ” adlı aksiya keçirilib
# 31 may 2011 10:12 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Azərbaycan Dillər Universitetində (ADU) 1 saylı ingilis dili fakültəsinin tələbələrinin təşəbbüsü və Mülkü Müdafıə kafedrasının təşkilatçılığı ilə 31 May - Ümumdünya Siqaretlə Mübarizə Gününə həsr olunmuş “Siqaretə yox deyirik ” adlı aksiya keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada tələbələr universitetin tələbə və müəllimlərinə siqaretin zərərlərindən danışıblar. Onlar Ümumdünya Siqaretlə Mübarizə Günü haqqında aksiya iştirakçılarına məlumat veriblər. İştirakçılar siqaret çəkən tələbə və müəllimlərin siqaretlərini alaraq onlara bukletlər və kitabçalar təqdim ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR