Almaniyada siqaret istehlakı kəskin azalıb

Almaniyada siqaret istehlakı kəskin azalıb
# 31 may 2011 12:44 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyada filtrli siqaretlərin istehlakı kəskin azalıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.

Əgər 2001-ci ildə Almaniyada gündəlik siqaret hasilatı 391 mln. ədəd olmuşdusa, 2010-cu ildə bu rəqəm 229 mln. ədədə qədər azalıb. Bunun qarşılığında isə sözügedən dövrdə siqar və siqarillaların gündəlik istehlakı 7 mln. ədəddən 11 mln. ədədə, eşmə siqaretlər üçün tütünün istehlakı isə 38 tondan 70 tona yüksəlib.

Bununla belə, Almaniyada faktiki siqaret istehlakının daha yüksək olması istisna edilmir. Ekspertlərin qiymətləndirməsinə görə, ölkədə istehlak olunan siqaretin 5%-i (4,7 mln. ədəd) gömrük nəzarətindən yayındırmaqla, yəni qaçaqmal yolu ilə idxal olunur.

Almaniya Səhiyyə nazirliyindən bildiriblər ki, hökumətin tütün məhsullarına aksizləri yüksəltməsi artıq faydasını göstərir və ölkə vətəndaşları daha az siqaret çəkməyə başlayıb. bu il mayın 1-dən qüvvəyə minəcək qanuna əsasən, 2015-ci ilədək Almaniyada bir qutu siqaret ildə 6-8 avrosent bahalaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR