Azərbaycan ərazisində havanın temperaturu düşür, bəzi yerlərdə yağış və dolu gözlənilir

Azərbaycan ərazisində havanın temperaturu düşür, bəzi yerlərdə yağış və dolu gözlənilir
# 01 iyul 2011 08:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 18-22, gündüz 26-31, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

İyulun 3-də isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi axşama doğru güclü olacaq. Havanın temperaturunun gecə 18-22, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-də hava gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gecə və səhər bəzi yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 3-də bölgələrdə gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı da var. Arabir güclənən şimal-qərb küləyi bəzi yerlərdə güclü olacaq. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR