Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika Komitəsinə daimi üzv seçilib – FOTO

Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika Komitəsinə daimi üzv seçilib – <font color=red>FOTO </font>
# 01 iyul 2011 12:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika Komitəsinə daimi üzv seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan bu təşkilata Avstraliyanın Melburn şəhərində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 25-ci Baş Assambleyasının “Yer təhlükə ilə üz-üzə: Dayanıqlı planet naminə elm” mövzusunda toplantısında üzv olub. İyunun 28-dən başlayan tədbirdə 28 ölkə, o cümlədən ABŞ, Braziliya, İtaliya, Fransa Danimarka, Rusiya, Türkiyə, Azərbaycan, Çin, Yaponiya və digər dövlətlərin nümayəndələri iştirak edir. Azərbaycanı toplantıda AMEA-nın nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) baş katibi Qulam Babayev təmsil edir. O, tədbirin “Gənc Alimlər: tədqiqatlar və nəticələr” adlı bölməsində “Geologiya İnstitutunun və Azərbaycan Milli Məlumat Mərkəzinin məlumat bazasının əsasında Azərbaycanda seysmik monitorinq” adlı məruzə ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR