Astarada yol polisi reyd keçirib

Astarada yol polisi reyd keçirib
# 01 iyul 2011 15:01 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarını pozan sürücülərin aşkarlanması məqsədilə şəhər ərazisində reyd keçiriblər. Astara RPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, keçirilən 2 saatlıq reyd zamanı avtomaşını texniki baxışdan keçirmədiyi, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə etdiyi, avtomaşına əlavə avadanlıqlar quraşdırdığı, eləcə də polisin əmrinə tabe olmadığı üçün 30-a yaxın sürücü saxlanılıb. Saxlanılan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub, sürücülük hüququ olmadan idarə olunan avtomobillər isə cərimə meydançasına aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR