Bakıda 6320 şagird yerlik məktəb binaları tikilir

Bakıda 6320 şagird yerlik məktəb binaları tikilir
# 04 iyul 2011 10:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Hazırda Bakının təhsil müəssisələri nəhəng tikinti meydançasını xatırladır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhərində 6320 şagird yerlik məktəb binalarının tikintisi həyata keçirilir. APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda Bakıda 2 məktəbdə idman və akt zallarının, 120 uşaq yerlik uşaq bağçasının tikintisi, 36 məktəbdə və 57 uşaq bağçasında əsaslı təmir, 4 uşaq bağçasında isə bərpa və gücləndirmə işləri aparılır: “Son illərdə Bakıda 30 yeni məktəb, 28 tədris korpusu istifadəyə verilib, əksər təhsil müəssisələrinin istilik problemi həll edilib. Bu da təhsil şəraitinin yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan mühüm addımlardan biridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR