Nailə Rzaquliyeva: “Uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin edilməsi uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəlməsinə şərait yaradacaq”

Nailə Rzaquliyeva: “Uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin edilməsi uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəlməsinə şərait yaradacaq”
# 04 iyul 2011 11:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin edilməsi yaxın gələcəkdə qrup otaqlarının sayının artmasına və bağça yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəlməsinə şərait yaradacaq”. APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib. Hazırda valideynlərin çoxunun uşaqlarını bağçalara vermək istədiklərini deyən N.Rzaquliyeva bildirib ki, hamını qəbul etmək imkanının olmaması bir qədər narazılıqlar yaradır. Onun sözlərinə görə, son illər bağça yaşlı uşaqların məktəbəqədər təhsilə və məktəbəhazırlıq qruplarına cəlb edilməsi səviyyəsi artıb: “2010-cu ildə məktəbəqədər təhsil müəssisələrində əlavə olaraq 150 qrup açılıb. Nəticədə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə və məktəbəhazırlıq qruplarına cəlb edilməsi səviyyəsi artıb, bu rəqəm 2006-cı ildəki 4380 nəfərdən 2010-cu ildə 9646 nəfərə çatdırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR