“İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri” adlı dəyirmi masa keçiriləcək

“İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri” adlı dəyirmi masa keçiriləcək
# 05 iyul 2011 08:17 (UTC +04:00)
Bakı – APA. İyulun 8-də saat 09.45-də Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin (Yunanıstan) birgə təşkilatçılığı ilə “Yunanıstan-Azərbaycan Yaşıl Enerji Oxu” Forumu çərçivəsində “İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri” adlı dəyirmi masa keçiriləcək. SAM-dan APA-ya verilən xəbərə görə, tədbirdə iqlim dəyişikliyi, bərpa olunan enerji mənbələri üzrə çağırışlar və iqlim dəyişikliyinə adaptasiya olunmaq üçün maliyyə resurslarının mobilizasiya imkanları müzakirə olunacaq.

Dəyirmi masada Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov, Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin baş direktoru Zefi Dimadama, Azərbaycanda BMT İnkişaf Proqramının direktor müavini Nato Alhazişvili və digər yerli və xarici ekspertlər məruzələrlə çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR