Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə azalıb

Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə azalıb
# 06 iyul 2011 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Son 10 il ərzində Azərbaycanda istehsal olunan ÜDM-in həcmi 4 dəfə, 7 il ərzində isə 3 dəfə artıb.

APA-Economics”in xəbərinə görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diasporu nümayəndələrinin dövlət qurumlarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə azalıb: “Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 9,1% təşkil edir. Hər 10-11 nəfərdən biri yoxsul vəziyyətində yaşayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR