Bu il ali məktəblərin III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent olmayıb

Bu il ali məktəblərin III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent olmayıb
# 06 iyul 2011 12:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Bu il ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən imtahanlarda 700 bal toplayan abituriyent olmayıb. Qəbul imtahanında ən yüksək nəticə 695 bal olub”. Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, bu göstəricini yalnız bir nəfər göstərə bilib. 600 baldan yuxarı göstəricini DT alt qrupu üzrə 257 nəfər, XH alt qrupu üzrə isə 369 nəfər göstərib. III ixtisas qrupu üzrə 650 baldan yuxarı nəticəni isə XH alt qrupu üzrə 70, DT alt qrupu üzrə isə 50 nəfər toplayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR