Həkimlərin sertifikasiyası prosesində növbəti imtahanların nəticələri açıqlanıb

Həkimlərin sertifikasiyası prosesində növbəti imtahanların nəticələri açıqlanıb
# 08 iyul 2011 10:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 6-da pediatriya, fizioterapiya və tibbi bərpa ixtisasları üzrə keçirilən imtahanlarda 125 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (97%) nəfər uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, sertifikasiya dair iyun ayında 10 ixtisas üzrə əsas test imtahanları keçirilib. İmtahanlarda ümumilikdə 318 həkim iştirak edib. İştirakçılardan 19 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstəriblər. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərin 300 (95%) nəfəri uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları iyulun 13-də mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR