Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 28 müraciət daxil olub

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 28 müraciət daxil olub
# 11 iyul 2011 09:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “İyunun 1-dən bu günədək həm çimərliklərdə, həm də şəhərdə günvurma ilə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Hava sərin keçdikcə günvurma ehtimalı aşağı düşür”. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya bildirib ki, əhali tərəfindən günvurma ilə bağlı stansiyaya bu günədək 28 müraciət edilib. Onlardan 7 nəfəri xəstəxanaya çatdırılıb, qalanları isə tibbi yardım göstərildikdən sonra evə göndəriliblər. M. Həmidovun sözlərinə gərə, hər gün günvurma ilə əlaqədar stansiyaya 1-2 müraciət daxil olur. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əhaliyə xəbərdarlıq etdiyi günlərdə də stansiyaya müraciətlər artmayıb: “Həmin günlərdə də adi günlər kimi bizə 1-2 müraciət daxil olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR