Geologiya İnstitutunun şöbə müdiri: “Şirvanda baş verən zəlzələlər torpaq qatında baş verən qırılma ilə əlaqədardır”

Geologiya İnstitutunun şöbə müdiri: “Şirvanda baş verən zəlzələlər torpaq qatında baş verən qırılma ilə əlaqədardır”
# 12 iyul 2011 12:31 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib.

Onun sözlərinə görə, hazırda institutun əməkdaşları sözügedən ərazidə çöl ölçmə işləri aparırlar: “Bu gün baş verən zəlzələlərin qeydlərini da analiz eləmişik. Bu ölçmələr sonradan təhlil olunacaq. Bilirsiniz ki, bu ərazidə yer qatının sağ tərəfli hərəkəti müşahidə olunur. Bunun nəticəsində də dartılma yaranır və qırılma baş verir. Bu proses hələ davamlı olacaq. Ona görə də prosesin inkişaf dinamikasını müntəzəm izləmək lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR