Bu ilin 6 ayı ərzində Azərbaycanda 433 nəfər qidadan zəhərlənib

Bu ilin 6 ayı ərzində Azərbaycanda 433 nəfər qidadan zəhərlənib
# 12 iyul 2011 13:06 (UTC +04:00)
Bu haqda APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İ. Abdullayevin sözlərinə görə, bu hadisələrdən 18-i botulizm təşkil edib. Botulizmdən 36 nəfər zəhərlənib, onlardan biri dünyasını dəyişib. Baş vermiş bütün qida zəhərlənmələri ev şəraitində hazırlanmış qidaların qəbulu nəticəsində baş verib. Burada əsasən evlərdə hazırlanan tərəvəz turşularının rolu böyükdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR