Həftə sonu Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək

Həftə sonu Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək
# 15 iyul 2011 11:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 21-26, gündüz 33-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyulun 17-də havanın dəyişkən buludlu olacağı, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında İyulun 16-da əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda intensivləşəcəyi ehtimalı var. Şimal və qərb rayonlarında dolu düşəcəyi istisna olunmur. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

İyulun 17-də bölgələrdə əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda intensivləşəcəyi, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR