Azərbaycanda vəfat edən müharibə əlilinin güzəştli mənzil uçotu onun ailə üzvləri üçün saxlanacaq

Azərbaycanda vəfat edən müharibə əlilinin güzəştli mənzil uçotu onun ailə üzvləri üçün saxlanacaq
# 15 iyul 2011 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nda dəyişiklik edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərar “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun icrası ilə əlaqədar qəbul olunub.

Qaydalara edilmiş əlavəyə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR