Azərbaycanda ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başa çatıb

Azərbaycanda ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başa çatıb
# 18 iyul 2011 14:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddəti başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bakalavrın daxil olduğu ali məktəbdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olanlar siyahısından xaric edilir. Həmin yerlər vakant elan ediləcək və o yerlərə magistraturaya boş qalan yerlərlə birlikdə qəbul elan ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR