Azərbaycanda 461 nəfər ali məktəblərin magistraturasına qəbul olunanların siyahısından çıxarılıb

Azərbaycanda 461 nəfər ali məktəblərin magistraturasına qəbul olunanların siyahısından çıxarılıb
# 21 iyul 2011 07:17 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, qaydalara əsasən, magistraturaya qəbul olunan şəxslər daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Əks halda bu, onların daxil olduqları ixtisasdan imtinası kimi qəbul edilir.

E. Nağızadə bildirib ki, magistraturaya daxil olan 4396 nəfərdən 3935-i, yəni 89,51 faizi daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib. 461 nəfər isə bu prosesi yerinə yetirməyib. Həmin şəxslərin yeri boş qalmış hesab edilir və avqustun əvvəllərində magistraturaya vakant yerlərlə bərabər həmin yerlərə qəbul elan ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR