TQDK sədri: “Magistraturaya qəbul olunandan sonra qeydiyyatdan keçməyən şəxslərə yenidən güzəşt olunmayacaq”

TQDK sədri: “Magistraturaya qəbul olunandan sonra qeydiyyatdan keçməyən şəxslərə yenidən güzəşt olunmayacaq”
# 22 iyul 2011 09:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, qeydiyyatdan keçməyən 461 nəfərin yeri vakant elan olunacaq və magistraturaya boş qalan yerlərlə bərabər həmin yerlərə qəbul aparılacaq: “Həmin yerlər barədə gələn həftə çap olunacaq “Magist” jurnalının növbəti buraxılışında məlumat veriləcək. Çox təəssüf ki, magistraturaya qəbul olunan gənclər sonradan bu ixtisasları seçmək istəmirlər. Bu onu göstərir ki, həmin şəxslər ilkin mərhələdə ixtisasları düzgün seçməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR