Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 22 iyul 2011 10:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 20-də kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları iyulun 27-də mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR