Təhsil naziri əmr imzalayıb

Təhsil naziri əmr imzalayıb
# 22 iyul 2011 11:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov təhsil sektorunun inkişafı üzrə ikinci layihə çərçivəsində “Təhsilin idarə olunmasında təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə” komponenti üzrə işin təşkili ilə bağlı əmr imzalayıb. APA-nın məlumatına görə, əmrə əsasən “Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi” və “Ümumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları” əsasında fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanmasını təmin etmək məqsədilə işçi qrupları yaradılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR