Azərbaycanda “Sən də məni tərk edəcəksən?” xeyriyyə layihəsi əsasında tədbirlər keçiriləcək – FOTO

Azərbaycanda “Sən də məni tərk edəcəksən?” xeyriyyə layihəsi əsasında tədbirlər keçiriləcək – <font color=red>FOTO </font>
# 22 iyul 2011 14:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda “Sən də məni tərk edəcəksən?” xeyriyyə layihəsi davam etdiriləcək. Xeyriyyə layihəsi “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə “Səyyar Tibbi Reabilitasiya” adı altında baş tutacaq.
Birlikdən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi əlil və kimsəsiz uşaqların tibbi problemlərini həll etməklə sağlam gəncliyin cəmiyyətimizin sağlam gələcəyini qurmasına şərait yaratmaqdır. Məqsədə nail olmaq üçün internat məktəbində yaşayan kimsəsiz uşaqların ilk olaraq tibbi müayinəsi həyata keçiriləcək, ehtiyac duyulduğu halda müalicə və cərrahi yardımlar göstəriləcək. Layihəyə ilkin olaraq Saray qəsəbəsində 7 saylı İnternat məktəbində, Şağan qəsəbəsindəki 3 saylı internat məktəbində, Ramana qəsəbəsindəki gənc əlillər evində, Buzovnada 13 saylı internat məktəbində olan kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəlb olunacaq. Bununla yanaşı, layihə çərçivəsində yuxarıda adı çəkilən bütün müəssisələrdə cinsi və reproduktiv sağlamlıq haqqında təlimlər keçiriləcək. Bununla onların şəxsi gigiyena, sağlam qidalanma, cinsi yolla yoluxan xəstəliklər, ailə planlaşdırılması barədə məlumatsızlığı aradan qaldırılacaq.

Layihənin reallaşmasında baş sponsor kimi “Ernst&Young” iştirak edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Norveç Humanitar Müəssisəsi, Core Xeyriyyə Fondu, tərəfdaşlar kimi isə “Uniklinika”, “Dental House”, CCP(Casrian Comros Proyect), Dalida, “Gallery”, “Vinni Kulinariya” layihəyə dəstək verir. Layihənin informasiya dəstəyi isə APA İnformasiya Agentliyinə məxsusdur.

Qeyd edək ki, iyulun 26-da layihənin təqdimatı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR