Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni layihəyə start verib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni layihəyə start verib
# 25 iyul 2011 11:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Həssas qruplardan olan ailə, qadın və uşaqların hüquqlarının təşviqi, müdafiəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi” adlı layihəyə start verib. APA-nın məlumatına görə, bu gün layihənin təqdimat mərasimində çıxış edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, Avropa İttifaqı ilə birgə gerçəkləşdirilən layihə üzərində iki il iş aparılıb: “Tvinninq layihəsinə müraciət edərkən bu problemlərin bütün aspektləri Avropa İttifaqından dəvət olunmuş ekspertlər və komitəmizin əməkdaşları tərəfindən araşdırılıb. Bundan sonra layihədə iştirak üçün Avropa İttifaqına üzv dövlətlər arasında tender elan edilib. Tenderdə Almaniya, Britaniya, İtaliya, Yunanıstan, İspaniya və Fransa iştirak edib. Aparılan seçimlər nəticəsində iştirakçı ölkə kimi Fransa seçilib”.

H. Hüseynovanın sözlərinə görə, layihə 31 aktiv fəaliyyətdən ibarətdir. Hər bir fəaliyyət mərhələsinin nəticələri komitənin sözügedən sahədə potensialını daha da artırmağa xidmət edir. Komitə sədri qeyd edib ki, bu proseslərdə Fransanın uşaq problemləri sahəsində böyük təcrübəsi olan ekspertləri iştirak edəcək: “İnanıram ki, komitəmizin fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün tvinninq layihəsi komandası ilə bircə fəaliyyətimiz məhsuldar olacaq”. 7
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR