Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçiriləcəyi tarix açıqlanıb
# 26 iyul 2011 13:59 (UTC +04:00)
Bu haqda APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, imtahan avqustun 28-də keçiriləcək. E. Nağızadə qeyd edib ki, imtahanlarda iştirak etmək üçün elektron ərizə verən 21165 abituriyentdən 17849-u öz ərizələrini təsdiqlədib. Həmin ərizələrdən 16977-si Azərbaycan, 872-si isə rus dili bölmələri üzrədir.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün sənəd qəbulu iyunun 28-də başlayıb, ərizələrin təsdiqləndirilməsi prosesi avqustun 10-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR