Həkimlərin növbəti imtahanları keçirilir

Həkimlərin növbəti imtahanları keçirilir
# 27 iyul 2011 10:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, test imtahanı mamalıq-ginekologiya ixtisası üzrədir.
Xatırladaq ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvarında start verilib. İmtahanda 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR