Azərbaycanda ibtidai sinif müəllimliyi ixtisası üzrə keçirilən imtahanların nəticələri avqustun 31-də açıqlanacaq

Azərbaycanda ibtidai sinif müəllimliyi ixtisası üzrə keçirilən imtahanların nəticələri avqustun 31-də açıqlanacaq
# 30 iyul 2011 09:04 (UTC +04:00)
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, imtahanlar iyulun 26-dan başlayıb və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.

İmtahanların nəticələri haqqında məlumatlar bu axşam vahid bazada toplanacaq və bundan sonra yerləşdirmə aparılacaq. Avqustun 31-də isə nəticələr hər bir müəllimin “Şəxsi kabinet”inə göndəriləcək. Müəllimlər öz parol və kodu vasitəsilə “Şəxsi kabinet”inə daxil olaraq müsabiqənin nəticələrini öyrənə biləcəklər.

Ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə
reqlamentə əsasən, müsabiqənin nəticələrinə görə işə qəbul edilən müəllimlər
müəyyənləşdirildikdən sonra onların siyahısı Təhsil Nazirliyinin İnternet saytında
yerləşdiriləcək, müvafiq siyahılar və şəxsi işlər yerli təhsili idarəetmə orqanlarına və nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə göndəriləcək. Nazirliyin məktubuna əsasən məktəb direktoru ilə işə götürülən müəllim
arasında əmək müqaviləsi bağlanılacaq və işə qəbul mövcud qanunvericiliyə
uyğun rəsmiləşdiriləcək.
Müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə
qəbul oluna bilməyən müəllimlərə isə tədris ili ərzində yaranacaq vakant yerlər
təklif edilə bilər. Amma tədris ili başa çatdıqdan sonra onlar bu hüququ itirəcəklər.

Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə
test imtahanları başa çatdıqdan sonra, bir həftə ərzində baxılacaq.

Qeyd edək ki, növbəti imtahanlar avqustun 1-dən 5-dək ingilis dili müəllimliyi ixtisası üzrə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR