Türkiyədə iş axtaran hər 20 əcnəbidən biri azərbaycanlıdır

Türkiyədə iş axtaran hər 20 əcnəbidən biri azərbaycanlıdır
# 04 avqust 2011 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyədə xarici ölkələrdən gəlib ən çox iş axtaranlar arasında üçüncü yeri azərbaycanlılar tutur. APA-nın məlumatına görə, bu, Secretcv.com saytı vasitəsi ilə Türkiyədə iş axtaran 120524 əcnəbinin təhlili zamanı məlum olub.

2010-cu illə müqayisədə Türkiyədə iş axtaranların sayı 15% artıb. Türkiyədə ən çox iş axtaran Bolqarıstan vətəndaşlarıdır – 28%. Sonrakı yerlərdə Almaniya (11,8 %) və Azərbaycan (5,3%) vətəndaşları gəlir.

Türkiyədə iş axtaranların ilk onluğunda Şimali Kipr Türk Cümhuriyyəti (5,2%), Fransa (3,9%), ABŞ (3,5%), Rusiya (3,4), İngiltərə (2,9%), Qırğızıstan (2,7%), Hollandiya (2,4%) təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR