DSMF-nin yerli orqanlarında vətəndaşlardan əlavə sənədlərin qəbulu üçün xüsusi komissiyalar fəaliyyətə başlayıb
04 avqust 2011 11:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli orqanlarında vətəndaşlardan əlavə sənədlərin qəbulu üçün xüsusi komissiyalar fəaliyyət göstərir. Bu barədə APA-ya DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. O bildirib ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli Qanunu 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslər üzrə bu il iyulun 1-dən aşağıdakı hesablamaların aparılmasını nəzərdə tutur: “Birincisi, pensiya təyinatında nəzərə alınmış 2006-cı il 1 yanvar tarixinədək olan iş stajlarının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən etməklə pensiyaların yenidən hesablanması. Bu məqsədlə DSMF-nin mərkəzləşdirilmiş arxivindəki pensiya işləri üzrə əmək stajı məlumatları əsasında pensiyaların yenidən hesablaması işi artıq yekunlaşıb. İkincisi, pensiya işlərində mövcud olmayan 2006-cı il 1 yanvar tarixinədək əlavə iş stajlarının hər ili üçün də 1,94 manat sığorta hissəsi müəyyən etməklə yenidən hesablamanın aparılması. Bu o deməkdir ki, qeyd olunan iş stajı pensiya təyinatından sonra toplandığından (və ya digər səbəbdən vətəndaş məlumat vermədiyindən) bu barədə qeydlər pensiya işlərində mövcud deyil və pensiyaçıların təqdim etdikləri əlavə təsdiqedici sənədlər əsasında hesablamalar aparılmalıdır. Bu məqsədlə Fondun yerli orqanlarında xüsusi komissiyalar fəaliyyət göstərir və vətəndaşlar özlərində olan əlavə sənədlərini həmin komissiyalara təqdim etməlidirlər. eləcə də vətəndaşlar digər məsələlərlə də bağlı bu komissiyalara müraciət edə bilərlər”.
E. Babayevin sözlərinə görə, bir sıra hallarda vətəndaşlar tərəfindən pensiyaların yenidən hesablanması işinə pensiyaya əlavələr kimi yanaşılır və düzgün olmayaraq hazırda aldıqları sığorta hissəsinin üzərinə hər staj ilinə görə 1,94 manat əlavə olunması tələb edilir: “Məlumat üçün bir daha bildiririk ki, qanunvericiliyə hazırda edilmiş dəyişiklik, məzmunundan da göründüyü kimi iş stajına əsasən yenidən hesablamanın aparılmasına yönəlib. Yəni əgər vətəndaşın 1 il belə iş stajı varsa, ona uyğun pensiyasının sığorta hissəsi yaradılır və pensiya yenidən hesablanır. Yenidən hesablanan pensiya məbləği mövcud məbləğlə müqayisə olunur və daha yüksəyi verilir. Bu tədbir kimliyindən asılı olmayaraq yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan bütün pensiyaçılara vahid qaydanın tətbiqini nəzərdə tutur ki, bu da sistemin bütün iştirakçılara iş stajı baxımından münasibətdə sosial ədalətliliyinin göstəricisidir”.