Sosial təyinatlı dövlət qurumlarının nümayəndə heyəti Almaniya və Sloveniyada səfərdə olub

Sosial təyinatlı dövlət qurumlarının nümayəndə heyəti Almaniya və Sloveniyada səfərdə olub
# 05 avqust 2011 07:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin, Təhsil Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının nümayəndələrindən və Dünya Bankı ilə birgə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” Layihəsinin alt komponenti olan “ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” layihəsinin ekspertlərindən ibarət heyət Almaniya və Sloveniyada təlim səfərində olub. Səfərin məqsədi həmin ölkələrin təcrübəsini öyrənməkdən və Azərbaycanda peşə standartlarının hazırlanması prosesinə uyğunlaşdırmaqdan ibarət olub.

Səfər zamanı Almaniyanın Əmək, İnteqrasiya və Sosial Münasibətlər Nazirliyi, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi, Federal Peşə Təhsili və Təlimi İnstitutu, Köln Sənətkarlar Palatası, Köln Sənaye və Ticarət Palatası, Bonn şəhərinin Məşğulluq Xidməti, “GOPA” Məsləhətçi Şirkəti, “BASF” kimya şirkətində, Sloveniyanın Əmək, Ailə və Sosial Münasibətlər Nazirliyində, Peşə Təhsili və Təlimi İnstitutunda, Statistika İdarəsində, Ticarət və Sənaye Palatasında, Sənətkarlar və Kiçik Sahibkarlar Palatasında və Postoyna Meşə Təsərrüfatı müəssisəsində görüşlər təşkil edilib.

Görüşlər zamanı nazirliklərin funksional və təşkilati strukturu, peşə standartlarının hazırlanmasında, təşviq və təsdiq edilməsində nazirliklərin rolu, peşə standartlarının hazırlanması baxımından əmək bazarının təhlili, peşə standartlarının hazırlanması prosedurları, bu standartlar əsasında müasir modul tipli təlim proqramlarının tərtib edilməsi metodologiyaları müzakirə edilib. Eyni zamanda peşə standartları kontekstində akkreditasiya, sertifikatlaşdırma və keyfiyyətə təminat, ISCO-ya uyğunlaşdırmada aidiyyəti institutların rolu və bu sahədə işəgötürənlərlə əməkdaşlıqla bağlı təcrübəni əks etdirən geniş təqdimatlar edilib və adıgedən ölkələrin təcrübəsinin Azərbaycanda mümkün tətbiqinə dair nümayəndə heyətimizlə geniş və hərtərəfli müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR