Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının internet saytı yaradılıb

Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının internet saytı yaradılıb
# 08 avqust 2011 07:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının internet saytı yaradılıb.

Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovun APA-ya verdiyi məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəsmi internet saytı yaradılıb. www.shamakhiagsuexpedition.org internet saytında ekspedisiyanın tərkibində olan üzvlər haqda məlumat, qrupun əvvəllər gördüyü işlər, bundan başqa Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında aparılan qazıntılar, qalanın tarixi, üzə çıxarılmış arxeoloji tapıntılar və qazıntı zamanı fotolar, video müsahibələr, elmi məqalələr, mətbuatda Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası haqqında gedən məlumatlar yer alıb.

S. Hüseynov bildirib ki, internet saytın köməkliyi ilə elmi ictimaiyyət ilə ekspedisiya daim əlaqədə ola biləcək, onların istənilən suallar cavablandırılacaq. Saytın ingilis və rus dillərində də bölməsinin yaradılması üzərində də iş gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR