Bu gündən ali məktəblərdə sənəd qəbulu başlayıb

Bu gündən ali məktəblərdə sənəd qəbulu başlayıb
# 08 avqust 2011 09:30 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər sənədləri qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir

Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər bu gündən tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu avqustun 18-dək davam edəcək.

TQDK-dan bildirilib ki, müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR