FHN Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi meşə massivlərində yanğın təhlükəsizliyinə qarşı profilaktik tədbirlərə start verib

FHN Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi meşə massivlərində yanğın təhlükəsizliyinə qarşı profilaktik tədbirlərə start verib
# 08 avqust 2011 09:59 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi meşə massivlərində profilaktik tədbirlərə start verib. Məqsəd bura gələn insanların təhlükəsiz formada odla davranması və meşələrdə baş verə biləcək yanğın hadisələri ilə bağlı maarifləndirilməsidir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, öncədən təlimatlandırılan idarə əməkdaşları qruplara bölünərək Göygöl rayon ərazisində mövcud olan meşə massivlərində monitorinqlərə başlayıblar. Əhalinin ən çox üz tutduğu məkanlardan biri olan Toğana kəndində aparılan reyd zamanı onlarla vətəndaş yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilib. Vətəndaşlara yandırdıqları tonqalların və manqalların gedərkən mütləq söndürmələri, odun tam zərərsiz olduğuna tam əmin olduqdan sonra ərazini tərk etmələri ilə bağlı təlimat verilib.
Qeyd edək ki, idarə əməkdaşları mövsümün sonunadək əhalinin sıx istirahət etdiyi zonalarda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR