“İrəli” İctimai Birliyinin nəzdində “İRƏLİ Urban Art” klubu yaradılıb

“İrəli” İctimai Birliyinin nəzdində “İRƏLİ Urban Art” klubu yaradılıb
# 09 avqust 2011 09:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “İrəli” İctimai Birliyinin nəzdində “İRƏLİ Urban Art” klubu yaradılıb. Bu barədə APA-ya ictimai birliyin mətbuat xidmətindən məlumat verilib.

Klubun yaranmasında əsas məqsəd cəmiyyətdə “Urban Art”a marağı olan yaradıcı və bacarıqlı gənclərin aşkarlanması, onların fəaliyyətlərinin dəstəklənməsi və adı çəkilən üslubun daha istiqamətlənmiş və məqsədyönlü şəkildə inkişafına zəmin yaratmaqdan ibarətdir.

“İRƏLİ Urban Art” ın əsas fəaliyyət istiqamətlərinə graffiti, street art, parkur, breakdance, beatbox kimi fəaliyyətlər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR