Hərbi məktəblərin ailəli kursantlarının mənzil kirayəsini kompensasiya etmək üçün hər il büdcədən vəsait ayrılacaq

Hərbi məktəblərin ailəli kursantlarının mənzil kirayəsini kompensasiya etmək üçün hər il büdcədən vəsait ayrılacaq
# 10 avqust 2011 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hökuməti "Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərarında dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliklərdən biri redaktə xarakterlidir. Əvvəlki qərarda «xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına” sözləri “yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi təhsil müəssisələrinin ailəli kursantlarına» sözləri ilə əvəz edilib. Qərara əsasən hərbi təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində - şərti maliyyə vahidi məbləğinin 43 misli, başqa şəhər və rayon mərkəzlərində - şərti maliyyə vahidi məbləğinin 30 misli, digər yaşayış məntəqələrində - şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında kompensasiya ödəniləcək.

Qərara əsasən hər il üçün təsdiq olunan dövlət büdcəsində bununla bağlı ayrıca vəsait nəzərdə tutulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR