“Yaşıl bazar”da satılan yemişlərdə nitratın miqdarının çox olduğu aşkarlanıb

“Yaşıl bazar”da satılan yemişlərdə nitratın miqdarının çox olduğu aşkarlanıb
# 11 avqust 2011 08:09 (UTC +04:00)
Bu haqda APA-ya laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib. Y. İbrahimovun sözlərinə görə, ”Yaşıl bazar” satılan qarpız və yemişlərdən götürülən nümunələr analiz edilib: “Analizlərin nəticələrinə görə, qarpızlarda heç bir problem üzə çıxmadı. Amma bazara Kürdəmir, Sabirabad və Saatlıdan gətirilən yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlandı. Bunu həmin rayonlardan gətirilən bütün yemişlərə aid etmək olmaz, bu bəzi təsərrüfatların yetişdirdiyi məhsullara aiddir. Məsələ ilə bağlı bazar rəhbərliyinə məlumat verilib və həmin məhsulların bazardan çıxarılması təmin edilib”.

Qeyd edək ki, analoji yoxlamalar bir qədər əvvəl Bakının “8-ci kilometr bazarı” və “Təzə bazar” da həyata keçirilmişdi. Həmin yoxlamalar zamanı da bazarda satılan bəzi yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlanıb və yemişlərin satışı dayandırılmışdı. Sabah isə bu yoxlamaların “Keşlə” bazarında aparılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR