İsmayıllıda istehsal olunan pendirdə bağırsaq çöpləri aşkarlanıb

İsmayıllıda istehsal olunan pendirdə bağırsaq çöpləri aşkarlanıb
# 13 avqust 2011 10:14 (UTC +04:00)
Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, Bakıda satılan süd məhsullarının müayinələri zamanı həmin sexlərə məxsus pendirlərdə nöqsanlar aşkarlanıb və bununla bağlı onlardan təkrar nümunələr götürülərək analizlər aparılıb: “İvanovka kənd sakini Gennadi Timofeyevik adlı sahibkara məxsus sexdən və İsmayıllı şəhəri Girdiman küçəsi - 5 ünvanında yerləşən Mirsəməd Cəfərova məxsus pendir sexindən götürülmüş təkrar nümunələrdə də bağırsaq çöplərinin olduğu və məhsulun digər mikrofloralarla çirklənmələrə məruz qaldığı aşkarlanıb. Həmin sexlərin sahibkarlarına inzibati qaydada cərimə tətbiq edilib və onlara verilmiş gigiyenik sertifikatların geri alınması və avqustun 18-dən etibarən həmin obyektlərin fəaliyyətlərinin dayandırılması haqqında qərar qəbul edilib”.

İ. Abdullayev Azərbaycan paytaxtında süd məhsullarının monitorinqi zamanı daha bir neqativ halın isə Bakının Xətai rayonunda yerləşən “Amal” firmasına məxsus “Camış qatıgı”nda aşkarlandığını bildirib. Onun sözlərinə görə, məhsulda bağırsaq çöplərinin olduğu müəyyənləşib və bununla bağlı qatıqdan təkrar nümunələr götürülüb.

İ. Abdullayev yaxın günlərdə həmin firmada sanitariya yoxlamalarının aparılacağını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR