Hadi Rəcəbli: “Azərbaycanda ünvanlı sosial yardımların verilməsi prosesi təkmilləşdirilir”

Hadi Rəcəbli: “Azərbaycanda ünvanlı sosial yardımların verilməsi prosesi təkmilləşdirilir”
# 13 avqust 2011 11:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Azərbaycanda ünvanlı sosial yardımların verilməsi prosesi zərurət yarandıqca təkmilləşdirilir. Bütövlükdə bu yardımın verilməsi ötən dövr ərzində xeyli sadələşdirilib”.

APA-nın məlumatına görə, bu haqda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yap.org.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər ilk vaxtlar ünvanlı sosial yardım almaq istəyənlərdən 17 adda sənəd tələb olunurdusa, sonra onların sayı xeyli azaldılıb: “ Eyni zamanda, yardımın verilmə müddətində də dəyişikliklər olundu. Buna baxmayaraq, bəzi məsələlər üzərində iş davam etdirilməlidir. Hazırda müvafiq dövlət strukturları tərəfindən yeni pilot layihələr həyata keçirilir ki, bu da vətəndaşların maraqlarına uyğundur”.

H. Rəcəblinin sözlərinə görə, ünvanlı sosial yardımların verilməsinin beynəlxalq təcrübəsi mövcuddur. Bu sistem Azərbaycanda ilk dəfə tətbiq olunmağa başlayanda Polşa modelinə üstünlük verildiyini deyən komitə sədri gələcəkdə də bu prosesin təkmilləşdiriləcəyini istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR