Dünyada ərzaq 33% bahalaşıb

Dünyada ərzaq 33% bahalaşıb
# 18 avqust 2011 11:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Son bir il ərzində dünya miqyasında ərzağın qiyməti 33% artıb. «APA-Economics»in məlumatına görə, Dünya Bankının növbəti hesabatında bildirilir ki, ötən ilin iyulundan indiyədək baş verən artım nəticəsində ərzağın qiyməti 2008-ci ildəki pik həddə yaxınlaşıb. Nəticədə, Yer Kürəsinin əhalisinin xeyli hissəsi üçün normal qida əlçatmaz olub.

«Ərzağın dünya qiymətləri 33% artıb və 2010-cu ildəkindən xeyli yüksək səviyyədə qalır. Qiymətlər 2008-ci ilin pik həddinə yaxınlaşır. Dünyadakı ərzaq ehtiyatları isə həyəcan doğuracaq qədər aşağı səviyyədədir», - deyə hesabatda bildirilir.

Ayrı-ayrı ölkələrin daxili bazarlarında ərzaqların qiyməti fərqli qaydada dəyişir. Son bir ildə bəzi bazarlarda qarğıdalı 100% bahalaşıb, digərlərində əksinə, 19% ucuzlaşıb. Hesabata əsasən, son bir ildə qarğıdalı orta hesabla 84%, şəkər 62%, taxıl 55%, soya yağları 47% bahalaşıb. Bu dövrdə xam neftin qiyməti 45% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR