Sabah “Zaqatalada tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək

Sabah “Zaqatalada tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək
# 18 avqust 2011 12:16 (UTC +04:00)
Bakı. Habil Süıeymanzadə-APA. Sabah Zaqatalada Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilmiş “Zaqatala rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, layihə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərivəsində reallaşdırılır. Açılış mərasimində Yaponiya səfiri Şusuke Vatanabe ve xanımı, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, millət vəkili Hikmət Atayev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbəsinin nümayəndəsi Süleyman Məmmədov iştirak edəcəklər.

Bu layihə üzrə Yaponiya səfirliyi və Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında imzalanmış müqavilənin ümumi məbləği 101,975 ABŞ dolları təşkil edib. Layihənin əsas məramı Zaqatala rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədi ilə rayondan kənar ərazidə çeşidlənmə bunkerləri yanma kamerası inşa etməkdir.

Səfirliyin açıqlamasına görə, Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönəlmiş və bələdiyyələr, tibbi müəssisələr, təhsil müəssisələri, həmçinin QHT-lər tərəfindən həyata keçirilən dəstək layihələridir. Belə layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, səhiyyə, və gəlirlərin artırılması sahəsində həyata keçirilə bilər. İndiyə kimi bu proqram çərçivəsində Azərbaycan Respublikasında ümumi məbləği 10,302,159 ABŞ dolları olan 139 layihə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR